Bakıda mənzildə meyit aşkarlanıb
2024-06-02 18:10:01
Hurriyyet.az
Bakıda mənzildə meyit aşkarlanıb.
"112" qaynar telefon xəttinə Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.//APA