📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda mənzildə meyiti tapılan qadın müəllim imiş...

2022-06-01 09:46:00

Bakıda mənzildə meyiti tapılan qadın müəllim imiş...

Ötən gün Bakıda mənzildə meyiti tapılan qadının kim olduğu müəyyənləşib.

Hurriyyet.az-ın Qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, Nəsimi rayonunda mənzildə meyiti aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi olub.

Uzun illər akademiyada Fransız dili fənnini tədris edən müəllim, ötən il yaşla əlaqədar təqaüdə çıxıb. Məlumata görə, C.Kazımzadə tək yaşayırmış.