📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda məşhur hakim koronaya yoluxdu - Vüqar Səfərli və Vilyav Hacıyevin işi təxirə salındı (FOTO)

2021-08-30 23:02:00

Bakıda məşhur hakim koronaya yoluxdu - Vüqar Səfərli və Vilyav Hacıyevin işi təxirə salındı (FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.

Hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb.

Bundan başqa, İ.Həsənzadə ilə kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin və ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işləri hakim Azər Paşayevin icraatındadır. Bu səbəbdən onların sentyabrın 3-də keçirilməli olan məhkəmə prosesləri təxirə salınıb.//Apa