📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

2024-05-06 22:20:44

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən “Şəms” şadlıq evinin söküntüsünə hazırlıq gedir.

Hurriyyet.Az xəbər verir ki, sakinlərin Axar.az-a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır.

Məlumat üçün bildirək ki, “Şəms” şadlıq evinin bir müddət öncə 2 milyon manata satıldığı haqda mətbuatda məlumatlar yayılmışdı. Bildirilmişdi ki, yerində yaşayış binası tikiləcək.