📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda meyiti tapılan vəzifəli şəxs Əməkdar həkimin oğlu imiş - TƏFƏRRÜAT

2024-08-21 10:04:41

Bakıda meyiti tapılan vəzifəli şəxs Əməkdar həkimin oğlu imiş - TƏFƏRRÜAT

Bakıda vəzifəli şəxsin meyiti tapılıb.

Hurriyyet.az xəbər verir ki, iqtisadiyyat.az-ın məlumatına görə, meyit Nəsimi rayonu ərazisində aşkar olunub.

Meyitin 1979-cu il təvəllüdlü Sədi Zöhrablıya məxsus olduğu məlum olub. Məlumata görə, onun meyiti icarəyə götürdüyü obyektdə aşkar olunub.

Mərhumun "Atasığorta” şirkətində departament direktoru vəzifəsində çalışdığı bildirilib.

Qeyd edək ki, S.Zöhrablının atası Fail Məmmədov Azərbaycanın Əməkdar həkimidir və uzun müddət cərrah kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.