📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda "moyka" işçisi maşını oğurladı

2023-12-02 16:16:54

Bakıda

Bakıda maşın avtoyuma məntəqəsindən oğurlanıb.

Dekabrın 1-də saat 10 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəi bilinən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini M.Məmmədquliyev Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.

Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır./lent.az