📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda müəllim valideynlə mübahisədən sonra vəfat edib?

2025-02-27 11:18:01

Bakıda müəllim valideynlə mübahisədən sonra vəfat edib?

Xeyransa Karakova ürək çatışmazlığı səbəbindən dəfələrlə xəstəxanada müalicə alıb.

Bu barədə Hurriyyet.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Bakı şəhəri 25 nömrəli tam orta məktəbin müəllimi Xeyransa Karakova fevralın 24-də evində halı pisləşərək xəstəxanaya yerləşdirilib və fevralın 26-da orada dünyasını dəyişib. Müəllimin vəfatı səbəbi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, - məlumatda bildirilib.

Qeyd edək ki, mətbuatda Xeyransa Karakovanın valideynlə mübahisədən sonra vəfat etdiyi iddia olunur.