📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda “narkoekspeditor” saxlanıldı - Foto

2026-11-26 18:16:04

Bakıda “narkoekspeditor” saxlanıldı - Foto

Qaradağ rayonunda polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Hurriyyet.net  xəbər verir ki, tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən İ.Daşdəmirov saxlanılıb.

Onun avtomobilindən ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla İ.Daşdəmirovun xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.