Bakıda oğurlanan 2 yaşlı uşaq tapıldı - VİDEO
2022-01-08 20:41:00
Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.
Hurriyyet.az xəbər verir ki , Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.