📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda özünü binadan atan qız öldü - Foto

2022-04-05 12:27:00

Bakıda özünü binadan atan qız öldü - Foto

Dörd gün əvvəl Bakıda özünü binadan atan 15 yaşlı (22.11.2006) qız ölüb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, S.İ yerləşdirildiyi Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Qeyd edək ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 52 ünvanında baş verib. Açıq kəllə-beyin travması diaqnozu qoyulan yeniyetmənin vəziyyəti ağır olub və intubasiya vasitəsilə nəfəs alıb.

Onun hadisənin baş verdiyi binada anası ilə birlikdə kirayədə yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.