Bakıda Pakistan-Hindistan hesablaşması...
2024-05-21 16:02:19
Bakıda Pakistan-Hindistan hesablaşması baş verib. Bakı şəhər polis idarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Pakistan vətəndaşı, 1993-cü il təvəllüdlü Şahid Kamran Əlini saxlayıb.
Bildirilir ki, Kamran Əli Bakıya gələn 3 Hindistan vətəndaşına ABŞ-a köçməkdə köməklik göstərəcəkləri barədə yalan vəd verərək pullarını mənimsəyib. İstintaq davam edir.
Ülviyyə, Hurriyyet.az