📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakıda parkları məhv elədiklərinə görə medal icra başçılarına verilsin” - Sabir Rüstəmxanlı

2022-05-13 13:48:00

“Bakıda parkları məhv elədiklərinə görə medal icra başçılarına verilsin” - Sabir Rüstəmxanlı

“Yaxşı olar ki, Bakı şəhərindəki köhnə parkları məhv elədiklərinə görə bu medalın ilk nüsxələri Bakı şəhərindəki icra başçılarına verilsin”.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu gün bizdə səhralaşma gedir, yaşıllıqlar məhv edilir.

APA.az