Bakıda partlayış oldu: Ölən və yaralanan var
2023-03-04 15:16:00
Bakının Binəqədi rayonunda təkərdoldurma məntəqəsində partlayış baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisə Binəqədi şosesində qeydə alınıb.
Belə ki, qaz balonunun partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır. (APA)