📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı (FOTO)

2024-02-22 19:34:20

Bakıda “Polat Alemdar”ın nömrəsi ilə maşın sürdü, saxlanıldı (FOTO)

Baş Dövlət Yol Polisi İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.

Qeyd edək ki, şəxsin avtomobilin ön şüşəsinə yerləşdirdiyi nömrə "Kurtlar Vadisi” serialında Polad Alemdar obrazına aid idi.