📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - Video

2026-10-28 21:15:57

Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - Video

Xətai rayonundakı 38 saylı şəhər poliklinikasında rentgen şəkillərinin elektrik qızdırıcısı üzərində qurudulduğu iddia olunur.

Hurriyyet.net  xəbər verir ki, vətəndaşların sözlərinə görə, müəssisədə rentgen şəkillərini qurutmaq üçün nəzərdə tutulan aparat işləmir.

Həmin qurğunun sıradan çıxdığını poliklinika əməkdaşlarından biri də təsdiqləyib.

Tibb müəssisəsinin rəhbərliyi isə iddiaları təkzib edərək rentgen şəkillərini qurudan aparatın işlək vəziyyətdə olduğunu bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən problemin araşdırılacağı qeyd olunub.

Daha ətraflı “Barometr TV”nin süjetində: