📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda polkovnik avtomobili “Kalaşnikov”la atəşə tutdu - FOTO

2021-12-18 19:11:00

Bakıda polkovnik avtomobili “Kalaşnikov”la atəşə tutdu - FOTO

Bakıda avtomat silahdan avtomobilə atəş açılıb.

Hadisə dünən axşam saatlarında Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, keçmiş polis rəisi, təqaüddə olan polis polkovniki Rza Hacıyev tanışı, Bakı şəhər sakini Şirzad Quliyevin sürdüyü “Lexus” markalı avtomobilə əlindəki “Kalaşnikov” avtomatı ilə dəfələrlə atəş açıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil güllələrlə deşilib. R.Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Oxu.az