Bakıda pomidorun qiyməti ucuzlaşıb
2024-01-11 20:45:27
Bakıda pomidorun qiyməti kəskin şəkildə enib.
Yeni il bayramında 1 kilosu 4- 6 manat arasında təklif olunan pomidor hazırda 1 kilosu 1 manat- 1 manat 50 qəpiyə satılır. Bəzi bazar və köşklərdə isə 3 kilosu 1 manata təklif olunur. Satıçılar bunun səbəbini hava şəraiti ilə əlaqələndirib. \\Valyuta.az