📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda "Prius" sürücüsü sərnişini bıçaqladı - ANBAAN VİDEO

2022-11-17 19:48:00

Bakıda

Bakıda Toyota "Prius" markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.

Şahidlərin sözlərinə görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sürücü avtomobilindəki şəxsə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib ki, məsələdən məlumatlıdırlar.

"Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək".

Sözügedən görüntüləri təqdim edirik: