Bakıda "Prius" yol kənarındakı dəmir arakəsmələrə çırpılaraq alovlandı - VİDEO
2023-08-12 21:12:00
Bakının Biləcəri qəsəbəsində "Toyota prius" markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.
Hadisə bu gün gecə saatlarında baş verib.
Zərbədən sonra avtomobil alovlanıb. Sürücü isə ərazini tərk edib.
Şahidlər bildiriblər ki, əvvəlcə həmin avtomobil metronun "20 yanvar" stansiyasının yaxınlığında başqa bir "Prius"a çırpılıb və hadisə yerindən yayınıb.
Pravda.Az