📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda “pub”da kütləvi dava: Baş rejissor və daha iki nəfər tutuldu - Video

2022-12-17 15:00:00

Bakıda “pub”da kütləvi dava: Baş rejissor və daha iki nəfər tutuldu - Video

Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb.

İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

yenisabah.az