📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda qadın avtobusda bıçaqla sərnişinləri hədələdi - Video

2025-05-20 10:16:08

Bakıda qadın avtobusda bıçaqla sərnişinləri hədələdi - Video

Bakıda marşrut avtobusuna əlində bıçaqla daxil olan qadın digər sərnişinlərin təşviş keçirməsinə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

“Çinar Trans” MMC-yə məxsus olan “King Long” markalı avtobusa (bu avtobuslar yalnız 133 və 165 saylı xətlərdə istismar edilir) bıçaqla daxil olan yaşlı qadın digər sərnişinləri hədələməyə başlayıb.

Sərnişinlərin əksəriyyəti bu vəziyyətdən narahat olaraq kənara çəkiliblər.

Videodan qadının psixi sağlamlıq vəziyyətinin yerində olmadığını ehtimal etmək mümkündür:

qafqazinfo.az