📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda qadın özünü binadan ataraq öldürdü - Foto

2021-12-10 13:15:00

Bakıda qadın özünü binadan ataraq öldürdü - Foto

Bakıda qadın hündürmərtəbəli yaşayış binasından özünü atıb.

Hurriyyet.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord” MTK-ya məxsus yaşayış kompleksində baş verib.

Orta yaşlı qadın özünü kompleksin 5-ci binasından ataraq intihar edib. Qadının şəxsiyyəti hazırda məlum olmasa da, hadisə şahidləri onun binada yaşayan sakin olduğunu bildiriblər.

Meyit ərazidən götürülüb, faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, qadın özü həmin binanın ikinci mərtəbəsində yaşasa da, 11-ci mərtəbəyə çıxaraq blokun balkonundan özünü atıb.