📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda rəis nöqsanlara görə işdən qovuldu

2023-01-30 14:32:00

Bakıda rəis nöqsanlara görə işdən qovuldu

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin rəisi Azər Namazovun dövlət qulluğuna xitam verilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Belə ki, Azər Namazovun İdarə rəisi kimi tarixi mədəniyyət abidələrinin qorunması sahəsindəki fəaliyyətində yol verdiyi nöqsanlara görə dövlət qulluğunda fəaliyyətinin müddəti uzadılmayıb və tutduğu vəzifədən azad edilib.

axar.az