Bakıda restoranda kütləvi dava olub? – DİN-dən açıqlama
2022-06-06 09:44:00
Sosial şəbəkələrdə Bakıda yerləşən “Qəbələ” restoranında kütləvi dava olması və guya polislərin bıçaq xəsarəti alması barədə yayılan iddiaların heç bir əsası yoxdur.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, sosial şəbəkədə yayılan iddia dərhal yoxlanılıb:
“İddialar təsdiqlənməyib. "Qəbələ" restoranında kütləvi dava olmayıb. Sosial şəbəkə istifadəçilərinə bu kimi yalan xəbərlərin yayılmasının məsuliyyət yaratdığını bir daha xatırladırıq”.