📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda restoranda lift qırıldı: Yaralılar var - YENİLƏNİB

2022-04-05 19:59:00

Bakıda restoranda lift qırıldı: Yaralılar var - YENİLƏNİB

İçərişəhərdə yerləşən restoranlardan birində bədbəxt hadisə baş verib. 

Hurriyyet.az hadisə şahidlərinə istinadən xəbər verir ki, restorandakı liftin qırılması nəticəsində 2 nəfər ağır xəsarət alıb.

Xəsarət alan şəxslər 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanovdur. Onlar təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Hər iki şəxs reanimasiyaya yerləşdirilib. \\Bizim.Media