Bakıda restoranı yandıran daha bir şəxs saxlanıldı
2026-02-10 13:39:00
Qaradağ rayonunda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.