📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var

2021-11-27 14:15:00

Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var

Bakıda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən "Şahzadə" şadlıq sarayında qeydə alınıb.

Orada işləyən Cəmil Quliyev iş yoldaşı Ərhun Teymurlu ilə dava edən zaman onları aralamaq istəyən Asəf Fərzəliyevə bıçaqla zərbə vurub və hadisə yerindən yayınıb.

Faktla bağlı cinayət işi başlanılıb, C. Quliyev tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.