📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda şagird məktəbin binasından özünü atdı

2025-04-11 16:48:20

Bakıda şagird məktəbin binasından özünü atdı

220 nömrəli məktəb-liseydə intihar hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, həmin məktəbin səkkizinci sinif şagirdi Məlikzadə Rəsul bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb.

Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.

Rəsul Məlikzadə ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.