📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda şagirdlər müəllimi döyüb?

2022-01-10 10:25:00

Bakıda şagirdlər müəllimi döyüb?

Bakı şəhəri Xətai rayonu 17 nömrəli məktəbdə şagirdlərin müəllimi döyməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar əsassızdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə adı çəkilən təhsil müəssisəsi məlumat yayıb.

"Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır" - məlumatda bildirilib.