📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır - VİDEO

2022-11-29 17:36:00

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır - VİDEO

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın olması barədə ilkin məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.