📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova

2023-10-04 16:00:01

Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova

Bu şəxslərlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə suallar ünvanlanmalıdır. Çünki onlar Ermənistan vətəndaşlarıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağdakı xunta rejiminin “keçmiş prezidentləri” və digər “rəsmilərinin” saxlanılmasını şərh edərkən deyib.

“Qeyd etdiyiniz şəxslər Ermənistan vətəndaşlarıdır. Onların bəziləri Rusiya vətəndaşlığından imtina ediblər. İnformasiya sferasını nəzərə almasaq, bizə rəsmi və ya qeyri-rəsmi müraciətlər olmayıb”, - o bildirib./Axar.az/