📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda səfirin maşını qəzaya düşdü

2022-02-05 14:10:00

Bakıda səfirin maşını qəzaya düşdü

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.

Hurriyyet.az xəbər verir ki, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.

Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Report.az