📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda səs yazısı yayılmış məktəb direktoru işdən çıxarıldı - VİDEO

2021-12-17 20:21:00

Bakıda səs yazısı yayılmış məktəb direktoru işdən çıxarıldı - VİDEO

Bakı şəhərində yerləşən 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva işdən çıxarılıb.

Buna səbəb direktorun məktəbdəki xərcləri təmin etmək üçün valideynlərdən pul yığılması ilə bağlı yayaılan səs yazısıdır.

O, bu gün vəzifəsindən azad olunub.

Qeyd edək ki, direktor səs yazısında “Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, - deyə o, valideynlərə təzyiq edib.

 

Oxu.az