📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda sexdə dəhşətli yanğın: Ölənlər var

2023-04-10 09:46:00

Bakıda sexdə dəhşətli yanğın: Ölənlər var

Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.

Hurriyye.az xəbər verir ki, report-un məlumatına görə, baş vermiş yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kvadratmetr sahəsi olan sexin 44 kvadratmetri yanıb, geri qalan hissəsi isə yanğından mühafizə edilib.

FHN-in Əməliyyat-İstintaq İdarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır.