📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda SİLAHLI İNSİDENT baş verdi - Güllələnən var

2024-08-07 22:52:12

Bakıda SİLAHLI İNSİDENT baş verdi - Güllələnən var

Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.  
DİN-in Mətbuat Xidmətindən Hurriyyet.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. 
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.