📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda skuter və velosiped oğruları TUTULDU

2026-10-22 20:17:17

Bakıda skuter və velosiped oğruları TUTULDU

Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Hurriyyet.net  verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.

Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.