Bakıda şok hadisə: Kameranı bağlayıb qazini döydülər - VİDEO
Qazi Ceyhun Məhərrəmov mayın 3-də axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qalıb.
Hurriyyet.az xəbər verir ki, APA TV-nin qaynar xəttinə müraciət edən Ceyhun Məhərrəmov bildirib ki, bir qrup şəxs onu evinin qarşında, ailəsinin gözü önündə döyüb.
Ceyhun Məmmədovun sözlərinə görə, ondan “Şaurma N1” restoranının şəriki Aqil Babayevin cinayət işi üzrə istintaqa verdiyi ifadəni geri götürməyini tələb edirlər.
Ceyhun Məhərrəmovun deyir ki, ondan Aqil Babayevin adını “Şaurma N1 “ restoranının şəriki qismində göstərməməyi tələb edirlər.
Xatırladaq ki, “Şaurma N1” restoranının VÖEN və patent hüququ Ceyhun Məhərrəmova məxsusdur. Restoranlar şəbəkəsinin sahibləri arasında bir müddətdir ki, məhkəmə çəkişməsi davam edir.
Ceyhun Məhərrəmov hadisə ilə bağlı polisə şikayət etdiyini bildirib.
APA TV, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirdi ki, hazırda müraciət üzrə müvafiq araşdırma aparılır. Araşdırmanın və ekspertiza rəyinin nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.