📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda taksi sürücüsündən müştəri xanıma təklif: “Gözəlliyinizə görə deyirəm” - VİDEO

2021-12-03 12:13:00

Bakıda taksi sürücüsündən müştəri xanıma təklif: “Gözəlliyinizə görə deyirəm” - VİDEO

Bakıda taksi sürücüsü maşına əyləşən qadına çay içmək təklifi edib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Sürücünün təklifinə qadın rədd cavabı versə də, o, dəfələrlə qadına çay içmək təklif edib. 

“Gözəlliyinizə görə deyirəm. Ancaq çay içəcəyik, başqa heç nə etməyəcəyik”, - deyə qadına israr edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər artıq araşdırılıb:

“Həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.