📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda taksilər əsasən bu rənglərdən ibarət olacaq

2024-03-06 20:45:02

Bakıda taksilər əsasən bu rənglərdən ibarət olacaq

Bakı şəhərində taksi fəaliyyəti göstərən avtomobillərin rəngləri əsasən ağ və qırmızıdan ibarət olacaq.

Hurriyyet.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlandığı bildirilir.

Qeyd olunub ki, taksi parkları mərhələli şəkildə yenilənəcək, ili köhnə, istismara yararsız avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcək.

Vurğulanıb ki, hazırda istifadədə olan istismara yararlı digər rəngli avtomobillərin fəaliyyətinə də məhdudiyyət qoyulmayacaq.