📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda taxta bazarı yanır - Fotolar

2024-04-20 17:02:16

Bakıda taxta bazarı yanır - Fotolar

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Hurriyyet.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.