📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda tələbə qız faciəvi şəkildə öldü

2022-04-02 23:05:00

Bakıda tələbə qız faciəvi şəkildə öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində III kurs tələbəsi vəfat edib.

Hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının tələbəsi olub.

 

Oxu.az