📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda tıxacın səbəbi

2024-06-03 09:30:01

Bakıda tıxacın səbəbi

Hurriyyet.az

Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, "Dədə Qorqud" parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.