📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda tuneldə su boruları partladı - Maşınların hərəkəti çətinləşdi

2026-11-22 10:43:55

Bakıda tuneldə su boruları partladı - Maşınların hərəkəti çətinləşdi

Bakının Ziya Bünyadov prospektindən Qələbə dairəsi istiqamətinə gedən tuneldə su borularında qəza baş verib.

Hurriyyet.net  APA-ya istinadən xəbər verir ki, tunelin üzərindən keçən su borularının partlaması nəticəsində tunelin daxilinə fasiləsiz olaraq su damır.

Nəticədə yolun hərəkət hissəsi islanıb və sürüşkən vəziyyətə düşüb.

Yaranmış vəziyyət görmə məsafəsinin azalmasına və həmin istiqamətdə avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olub.

Sürücülərə ərazidən keçərkən diqqətli olmaları tövsiyə edilir.