📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda turistlər gəzinti zamanı həlak oldu

2022-07-25 11:37:00

Bakıda turistlər gəzinti zamanı həlak oldu

Bakıda hindistanlı turistlərin olduğu avtomobil qəzaya uğrayıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu ərazisində - Qobustan-Vulkan yolunun 8-ci kilometrliyində baş verib. Belə ki, palçıq vulkanlarının yerləşdiyi "Qobustan Milli Parkı"nın ərazisində Həsənağa Həsənovun idarə etdiyi və turistləri daşıyan "Mitsubishi Pajero" markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan 2 hindistanlı turist vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.