📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya düşdü, yaralanan var

2026-11-16 20:35:08

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya düşdü, yaralanan var

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Modern.az  xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində qeydə alınıb.

Əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil nasazlıq yaranıb və avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü, 49 yaşlı Şaiq Məmməd oğlu Qədirov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.