📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşü keçiriləcək

2025-04-12 23:41:47

Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşü keçiriləcək

Bu ilin payız aylarında Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur.
Hurriyyet.Az xəbər verir ki, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.
C.Bayramov deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən önəmli qurumdur:
“Bu gün "TDT: Unikal əməkdaşlıq modeli" adlı paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da iştirak etdi, bir sıra mühüm məsələlər müzakirə olundu.
TDT bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bu yaxınlarda Macarıstanda təşkilatın növbəti, qeyri-rəsmi zirvəsinin keçirilməsi planlaşdırılır”.