📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda universitetin qarşısında dava: 2 nəfər bıçaqlandı

2021-12-01 13:12:00

Bakıda universitetin qarşısında dava: 2 nəfər bıçaqlandı

Bakıda kütləvi dava olub.

Hurriyyet.az Trend-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu ərazisində, Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında baş verib. Hadisə nəticəsində iki nəfər bıçaqlanıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, hadisə zamanı bıçaq xəsarətləri alan Əli Allahverdizadə və Eşqin Müseyibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.