📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

2026-08-20 15:13:23

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar şəraitin hökm sürdüyünü əks etdirən şəkillər yayılıb.

Hurriyyet.media xəbər verir ki, görüntüləri jurnalist Ramilə Qurbanlı sosial şəbəkə hesabında paylaşıb.

O, paylaşımında sözügedən xəstəxananın sanitar qovşağını paylaşaraq, buranın antisanitariya qaynağı olduğunu bildirib.

Jurnalist həmçinin qeyd edib ki, otaqlar və dəhlizlər də oxşar vəziyyətdədir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.