📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda usta binadan yıxılıb öldü

2026-02-24 18:33:35

Bakıda usta binadan yıxılıb öldü

Bakıda usta hündürlükdən yıxılaraq ölüb.

"Unikal" lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun Nardaran qəsəbəsində qeydə alınıb.

Burada tikintilərdən birində usta işləyən 37 yaşlı Qamət Müslüm oğlu Soltanov altıncı mərtəbədən yıxılaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.