📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda villa sahibləri dənizə gedən küçədə şlaqbaum quraşdırıblar - Video

2023-04-24 16:46:00

Bakıda villa sahibləri dənizə gedən küçədə şlaqbaum quraşdırıblar - Video

Yay mövsümünün yaxınlaşması və isti günlərin gəlməsi ilə Bakı çimərliklərində və sahil kəndlərində müxtəlif neqativ tendensiyalar yenidən özünü büruzə verməyə başlayır.

Hurriyyet.az-ın xəbərinə görə, xüsusilə də əvvəllər hər kəsə açıq olan və dənizə gedən küçələrdən birində villa sahibləri özbaşına şlaqbaum quraşdırıblar və bununla da yolun qarşısını kəsiblər.

Bu barədə Bakının Xəzər rayonunun Buzovna kənd sakinləri bildiriblər. 

Fakt barədə Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılıb və bu özbaşınalığa reaksiya verilməsi gözlənilir.

Caliber.az